Danimarka, İtaliya və İsveç də rusiyalı diplomatları ölkədən çıxarmaq qərarına gəlib

Danimarka, İtaliya və İsveç də rusiyalı diplomatları ölkədən çıxarmaq qərarına gəlib
5 Aprel 2022
Mətni dəyiş

Danimarka, İtaliya və İsveç Xarici İşlər Nazirlikləri rus diplomatların ölkədən çıxarılması barədə qərar qəbul ediblər. Bu barədə Danimarka qurumu və İtaliyanın xarici işlər naziri Luici Di Mayoya və İnterfaks İsveç Xarici İşlər Nazirliyinə istinadən RİA Novosti məlumat yayıb.

Danimarka Rusiya səfirliyinin 15, İtaliya 30, İsveç isə 3 əməkdaşını ölkədən çıxarmağı planlaşdırır.

"Rusiyanın hazırkı səfirinə bu səhər Xarici İşlər Nazirliyində keçirilən görüşdə bildirilib ki, Danimarka hökuməti Rusiyanın Kopenhagendəki səfirliyində işləyən 15 rus kəşfiyyatçısının ölkədən çıxarılması barədə qərar qəbul edib", - Danimarka Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Diplomatlar iki həftə ərzində ölkəni tərk etməlidirlər.

“Digər Avropa və Atlantika tərəfdaşları ilə məsləhətləşmələr əsasında atılan bu tədbir milli təhlükəsizliyimizlə bağlı səbəblərə görə, Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzü nəticəsində yaranmış hazırkı böhranlı vəziyyət kontekstində zəruri idi”, - agentlik Di Maiodan sitat gətirib.

Bundan əvvəl Almaniya, Fransa, Hollandiya, Belçika, Çexiya, İrlandiya və Litva daha əvvəl oxşar qərar barədə məlumat vermişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun