Cəbhəçi 6 il azadlıqdan məhrum edilib

Cəbhəçi 6 il azadlıqdan məhrum edilib
1 Aprel 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasnın (AXCP) üzvü Şahin Hacıyev 6 il müddətində azadlıqdan məhrum edilib.  Bu barədə qərar  martın 31-i Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə çıxarılıb. 2021-ci il noyabrın 26-sı Gəncədə tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. Hacıyevin bundan əvvəl də sosial şəbəkələrdə yazdığı fikirlərinə görə təqibə məruz qaldığı deyilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə Şahin Hacıyevin həbsini siyasi sifariş hesab edir. Partiya bildirir ki, siyasi fəal ölkə rəhbərliyini sərt tənqid etdiyi üçün şərlənərək həbs edilib. Ölkə rəsmilərindən isə Hacıyevin həbsilə bağlı hələlik heç bir açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun