Britaniya Rusiyadan daha 26 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

Britaniya Rusiyadan daha 26 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
21 Aprel 2022
Mətni dəyiş
Böyük Britaniya hakimiyyəti Rusiya Federasiyasından daha 26 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib. Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib. Sanksiyalar, o cümlədən, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan, “Krasnaya Zvezda” media holdinqinin rəhbəri Aleksey Pimanov, Hava-Desant Qüvvələrinin komandanı Andrey Serdyukov, ˝Moskva˝ kreyserinin komandiri Anton Kuprinə şamil edilib. Müdafiə profili də daxil olmaqla 10 struktura qarşı məhdudiyyətlər tətbiq edilib. Onların arasında Kalaşnikov Konserni, TsNİİMaş və Aleksandrov adına NİTİ var. Hazırda Britaniyanın sanksiya siyahısında Rusiyadan olan 1,3 mindən çox fiziki və hüquqi şəxs var, İnterfaks qeyd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun