Böyük Britaniyadan yeni sanksiyalar: Siyahıda Vahid Ələkbərov və Medvedçuk da var

Böyük Britaniyadan yeni sanksiyalar: Siyahıda Vahid Ələkbərov və Medvedçuk da var
13 Aprel 2022
Mətni dəyiş
Böyük Britaniya hökuməti Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı növbəti dəfə sanksiyalar siyahısının genişləndirildiyini elan edib. Aktivlərin dondurulması və ölkəyə giriş qadağasını nəzərdə tutan sanksiyalara daha 206 rusiyalı məruz qalıb. Siyahıda "Lukoyl"un rəhbəri Vahid Ələkbərov; ˝AFK Sistema˝-nın təsisçisi Vladimir Yevtuşenkov; ˝Transmaşholdinq˝-in prezidenti Andrey Bokarev; Rusiya Federasiyası Prezidentinin köməkçisi Andrey Fursenko; ˝Qazprombank˝-ın vitse-prezidenti Sergey Fursenko; Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakunin; Rusiya xarici işlər nazirinin həyat yoldaşı Mariya Lavrova; ˝ESN˝ şirkətlər qrupunun sahibi Qriqori Berezkin; İş adamı Fərhad Əhmədov; ˝Alliance Group˝-un prezidenti Musa Bajaev; İş adamı Süleyman Kərimovun oğlu Səid Kərimovun da adları yer alıb. Siyahıda həmçinin Ukraynanın “Müxalifət Platforması - Həyat uğrunda” partiyasının rəhbəri və Putinin yaxın dostu Viktor Medvedçuk da var. Həmçinin Britaniyanın xarici işlər naziri Elizabet Trass aprelin 14-dən etibarən Rusiyadan dəmir və polad tədarükünü qadağan edəcəklərini açıqlayıb. Onun sözləri ölkə hökumətinin saytında yer alıb. Bunun üçün lazım olan sənədlər sabah parlamentin səsverməsinə çıxarılacaq. Qadağalara əsasən, Trassın “Putinin buna çox ehtiyacı var” dediyi dəbdəbəli malların, kvant texnologiyalarının və “qabaqcıl materialların” Rusiyaya çatdırılmasının da qarşısı alınacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun