Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edir

Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edir
20 Aprel 2022
Mətni dəyiş
Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarının və rusiyalı iş adamlarının bloklanmış aktivlərinin Ukraynanın bərpası üçün mümkün istifadəsi ilə bağlı qərar beynəlxalq səviyyədə veriləcək. TASS xəbər verir ki, bunu brifinqdə Böyük Britaniyanın baş naziri Boris Consonun rəsmi nümayəndəsi deyib. O, Britaniya hakimiyyətinin bu cür tədbirlərlə bağlı qərar verməyə hazır olması ilə haqda sualı belə cavablandırıb. Consonun sözçüsü vurğulayıb ki, bu məsələ ilə bağlı milli səviyyədə qərar qəbul oluna bilməz və mövzu hazırda müzakirə olunur, lakin hələ qəbul edilməyib. Bundan əvvəl Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib, tədbir çərçivəsində ˝Sberbank˝ və Moskva Kredit Bankının (MKB) aktivləri tamamilə dondurulub. Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada ˝hərbi xüsusi əməliyyat˝ keçirmək qərarına gəldiyini açıqlayıb. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarına səbəbi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun