BMT Təhlükəsizlik Şurası Rusiyanın Buça ilə bağlı iclas tələbini rədd edib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Buça ilə bağlı iclas tələbini rədd edib
4 Aprel 2022
Mətni dəyiş

BMT Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə “ukraynalı radikalların Buçada açıq-aşkar təxribatını” müzakirə etmək məqsədilə aprelin 4-də iclas keçirməyəcək.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatına görə, Rusiyanın tələbi Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniya tərəfindən rədd edilib.

Reuters də Britaniya nümayəndə heyətinə istinadən xəbər verir ki, Ukraynadakı vəziyyətin müzakirəsi planlaşdırıldığı kimi çərşənbə axşamı keçiriləcək.

Ukrayna hakimiyyəti rus hərbçilərini Kiyev vilayətində, o cümlədən Buça şəhərində dinc sakinləri öldürməkdə ittiham edir. Orada bir neçə həftə nəzarəti ələ keçirən Rusiya hərbçiləri bölgəni tərk etdikdən sonra ölənlərin cəsədləri tapılıb.

Rusiya Federasiyasının hakimiyyət orqanları bu qətllərin çoxsaylı foto və video sübutlarını "təxribat" və "səhnələşdirilmiş" adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun