BMT-nin keçmiş prokuroru: "Putinin həbsinə beynəlxalq order verilməlidir"

BMT-nin keçmiş prokuroru: "Putinin həbsinə beynəlxalq order verilməlidir"
4 Aprel 2022
Mətni dəyiş

Ukraynada müharibə davam etdikcə Rusiya prezidenti Vladimir Putinin mühakimə olunmasına dair çağırışlar artır. 

Bu dəfə BMT-nin Yuqoslaviya və Ruanda üzrə beynəlxalq tribunallarının keçmiş prokuroru Karla Del Ponte belə bir çağırış edib. O, deyib ki, Vladimir Putinin həbsinə beynəlxalq order verilməlidir.

Prokuror Ukraynadakı müharibə zamanı siyasətçiləri və hərbi rəsmiləri müharibə cinayətlərində ittiham edib. Putinin Ukraynaya qarşı apardığı qondarma “xüsusi əməliyyat”da kütləvi məzarlıqlardan istifadə edilməsi onu xüsusilə şoka salıb.

Fevralın 24-də Rusiya Ukraynaya müharibə elan edib və hərbi əməliyyatlara başlayıb. Rusiya hərbçiləri minlərlə sivil şəxsi qətlə yetirib şəhərlərə hücumlar təşkil etsə də, döyüş meydanında hərbi hədəflərinə çata bilməyib.

Rusiya Ukraynada böyük insan və texnika itkisindən sonra müharibəni aktiv fazada apara bilmir.

Əks hücuma keçən Ukrayna ordusu Rusiya hərbçilərini girdikləri şəhərlərdən çıxarırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun