BMT: "Afrikada 43 milyon insan qida böhranı ilə üz-üzədir"

BMT: "Afrikada 43 milyon insan qida böhranı ilə üz-üzədir"
9 Aprel 2022
Mətni dəyiş

Afrikada 43 milyon şəxs qida böhranı ilə qarşı-qarşıya qalıb. Bu barədə məlumatı Birləşmiş Millətlər Qida Proqramı yayıb. Açıqlamada qeyd olunub ki, qida problemilə üzləşən 43 milyon şəxsin 16 milyonu kənd yerlərində yaşayan şəxslərdir. Hesabatda qeyd olunub ki, müharibələr, iqlim dəyişikliyi, iqtisadi problemlər və Ukrayna-Rusiya müharibəsi vəziyyətin daha da çətinləşməsinə səbəb olub. Açıqlamada bildirilib ki, davam edən quraqlıq kənd təsərrüfatı istehsalına mənfi təsir göstərir və vəziyyət belə davam etdiyi müddətdə ərzaq böhranı genişlənəcək. BMT-nin 2021-ci ildə yaydığı hesabatda qeyd olunurdu ki, dünyada qida qiymətləri ard-arda 9-cu dəfə artıb. Qiymətlər şəkər və bitki yağındakı qiymət artımının təsiri ilə 2014-cü ilin iyul ayındın bəri ən yüksək səviyyəyə qalxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun