BMT: ˝Müharibə başlayandan bəri 4,3 milyondan çox insan Ukraynanı tərk edib˝

BMT: ˝Müharibə başlayandan bəri 4,3 milyondan çox insan Ukraynanı tərk edib˝
9 Aprel 2022
Mətni dəyiş
Müharibə başlayandan bəri 4,3 milyondan çox insan Ukraynanı tərk edib. Bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Agentliyinin saytında yer alıb. Onların əksəriyyəti Polşaya gedib - 2,5 milyondan çox insan. Rumıniyaya 671 min, Macarıstana 408 min, Moldovaya 404 min, Rusiyaya 373 min, Slovakiyaya 307 min və Belarusa 19 mindən çox insan gedib. 2022-ci ilin əvvəlinə Ukraynada 41 milyon insan yaşayırdı. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi daha əvvəl Ukraynadan qaçan insanların sayının artmasını “İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük qaçqın böhranı” adlandırmışdı. Rusiyanın işğalı başlayandan bəri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinin məlumatına görə, Ukraynada 1626 nəfər ölüb, 2267 nəfər yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun