Baydenin sərəncamından sonra neftin qiyməti düşüb

Baydenin sərəncamından sonra neftin qiyməti düşüb
2 Aprel 2022
Mətni dəyiş
Baydenin göstərişi ilə hər gün neft bazarına 1 milyon barrel neftin buraxılması qarşıdan gələn 6 ay ərzində davam etməlidir. Beynəlxalq Enerji Agentliyi (BEA) ABŞ-ın strateji neft anbarlarından bazara böyük həcmlərdə neftin buraxılması təşəbbüsünə qoşulduqdan sonra aprelin 1-də neftin qiyməti kəskin enib.
Bundan əvvəl, martın 31-də ABŞ prezidenti Co Bayden ölkənin milli neft ehtiyatından bazarlara günə 1 milyon barrel neft buraxılmasına dair sərəncam vermişdi. Ekspertlər bunu “misli görünməmiş həcmlər” adlandırıblar. Həm Brent, həm də ABŞ neftinin qiymətləri 13 faiz azalıb. Bu, son iki ildə bir həftə ərzində neftin ən böyük ucuzlaşmasıdır. Brent neftinin qiyməti bir barrel üçün 104.39 dollara, ABŞ Qərbi Texas markasından olan neftin bir barreli isə 99.27 dollara düşüb. Baydenin göstərişi ilə hər gün neft bazarına 1 milyon barrel neftin buraxılması qarşıdan gələn 6 ay ərzində davam etməlidir. Bu, ümumilikdə 180 milyon barrel edir və ABŞ-ın Starateji Neft Ehtiyatından ən böyük buraxılışdır. Bununla yanaşı Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr hər bir ölkənin bazara buraxacağı əlavə neft həcmləri barədə hələki razılığa gələ bilməyiblər. Bu bardədə məlumatı Reuters agentliyinə aprelin 1-də Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye nazirliyinin idarə rəisi Hideşika Koizumi verib. BEA ümumlikdə bazara əlavə neft buraxılacağına dair prinsipial razılaşma əldə edib. Koizumi deyib ki, əlavə detallar qarşıdan gələn bir neçə həftədə açıqlanacaq. Xəbər verilir ki, Rusiyanın da daxil olduğui OPEC+ qrupu ixracatın günə 432 min barrel artırılması qərarı üzərində ilişib qalıb. Hazırda Qərb ixracatın artırılması üçün OPEC üzərinə təzyiqlər göstərir. Bu arada ABŞ-ın enerji şirkətləri neft və qaz quyularının qazılmasını sürətləndiriblər. Lakin PVM firmasından təhlilçi Stiven Brennok deyib ki, ABŞ-ın bazarı neftlə doldurması tələbatı tam ödəməyə bilər. O deyib ki, əslində söhbət sanksiyalar altında olan Rusiyanın verdiyi günə 3 milyon barrel neftin yerinin doldurulmasından gedir. JPMorgan bilirib ki, neft qiymətlərinin proqnozuna dair rəqəmlərini dəyişməyib. Bu proqnozlara görə neftin qiyməti ilin birinci yarısında bir barrel üçün 114, ikinci yarısında isə 101 dollar olmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun