Avropa İttifaqı ali rəhbərliyi Rusiya ərazisinə girə bilməyəcək

Avropa İttifaqı ali rəhbərliyi Rusiya ərazisinə girə bilməyəcək
1 Aprel 2022
Mətni dəyiş

Ukraynaya təcavüz etdiyinə görə beynəlxalq birliyin ağır sanksiyalarına məruz qalan Rusiya buna cavab olaraq müxtəlif sanksiyalar açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı son sanksiyalarda qeyd olunur ki, Avropa İttifaqının (Aİ) ali rəhbərliyinin ölkəyə girişi qadağan edilib.

“Məhdudiyyətlər Avropa İttifaqının ali rəhbərliyinə, eləcə də bir sıra Avropa komissarlarına və Avropa İttifaqı hərbi strukturlarının rəhbərlərinə, habelə anti-Rusiya siyasətini təbliğ edən Avropa Parlamenti üzvlərinin böyük əksəriyyətinə şamil edilir” - deyə, nazirliyin bəyanatında bildirilib.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi “qanunsuz anti-Rusiya sanksiyalarının təşviqində, rusofobik əhval-ruhiyyənin qızışdırılmasında, rusdilli əhalinin hüquq və azadlıqlarının pozulmasında şəxsən məsuliyyət daşıyan Aİ ölkələrinin bir sıra hökumət və parlament nümayəndələrini, ictimai xadimlərini və media işçilərini” “qara siyahı”ya salıb.

Qara siyahı hələ dərc olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun