Almaniya ilk dəfə olaraq Ukraynaya ağır silahlar göndərəcəyini açıqlayıb

Almaniya ilk dəfə olaraq Ukraynaya ağır silahlar göndərəcəyini açıqlayıb
27 Aprel 2022
Mətni dəyiş
Almaniya Ukraynaya onlarla ˝Gepard˝ özüyeriyən zenit silahı verəcək, Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib. Reuters-in məlumatına görə, silahlar Almaniyanın ˝Krauss-Maffei Wegmann˝ şirkətinin anbarlarından tədarük ediləcək. Çatdırılmaların nə vaxt başlayacağı dəqiqləşdirilməyib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyanın “50 ˝Gepard˝ göndərmək˝qərarını qərarını alqışlayıb. “Bu qurğular Ukrayna üçün real imkanlar yaradacaq”, deyə o, Almaniyanın qərbində yerləşən Amerikanın ˝Ramşteyn˝ aviabazasında Kristina Lambrext və onlarla həmkarı ilə danışıqlardan sonra bildirib. Bundesverin saytına görə, ˝Gepard˝ özüyeriyən zenit silahı Almaniya ordusunun zenit qüvvələrinin sütunlarından biri hesab olunur. “Silah iki 35 mm-lik pulemyotla hərbi hissələri alçaqdan uçan təyyarə və helikopterlərdən qorumaq və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub”, - deyə qurumdan bildirilib. Almaniyada "Gepard"lar 2010-cu ilə qədər istehlak olunub. ˝Die Welt˝-in məlumatına görə, Almaniyanın ˝Rheinmetall˝ konserni Ukraynaya 88 ˝Leopard 1A5˝ tankı göndərməyə hazırdır. Şirkət Almaniya hökumətindən avadanlıqların tədarükü üçün icazə istəyib. İlk 22 tankın bir neçə həftə ərzində, qalanlarının isə ilin sonuna kimi Ukraynaya göndəriləcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun