Aİ: "Buçadakı kütləvi qətllər Avropada törədilmiş vəhşiliklər siyahısına salınacaq"

Aİ: "Buçadakı kütləvi qətllər Avropada törədilmiş vəhşiliklər siyahısına salınacaq"
4 Aprel 2022
Mətni dəyiş
Avropa İttifaqı Rusiya silahlı qüvvələrinin Ukraynanın bir sıra şəhərlərində törətdiyi vəhşiliyi ən sərt şəkildə pisləyir. Bu barədə Aİ-nin ali siyasi orqanı olan Avropa Şurasının saytında dərc edilmiş bəyanatda deyilir. “Mülki əhali arasında çoxlu sayda ölən və yaralananların olması, mülki infrastrukturun dağıdılması ilə bağlı dəlillər Rusiyanın Ukraynaya və onun xalqına qarşı apardığı amansız təcavüz müharibəsinin əsl simasını göstərir. Buça şəhərində və Ukraynanın digər şəhərlərində törədilən qətliamlar Avropa torpaqlarında törədilən vəhşiliklər siyahısına daxil ediləcək”, - bəyanatda deyilir. Avropa Şurası hesab edir ki, Rusiya hakimiyyəti “əraziyə nəzarət edərkən törədilən vəhşiliklərə görə məsuliyyət daşıyır”. Aİ əlavə edib ki, hərbi cinayətlərə və digər cinayətlərə görə məsuliyyət daşıyanlar, həmçinin hökumət rəsmiləri və hərbi rəhbərlər “məsuliyyətə cəlb olunacaqlar”. Bəyanat müəllifləri həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru tərəfindən aparılan hərbi cinayətlərin təhqiqatını dəstəklədiklərini bildiriblər. Aİ həmçinin Ukrayna Baş Prokurorluğuna müharibə cinayətləri ilə bağlı sübutların toplanması və qorunmasında yardım edir. ˝Bütün dünya üçün bu qaranlıq saatlarda biz Ukrayna və Ukrayna xalqı ilə tam həmrəyik. Aİ Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək və Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işi təcili surətdə tezləşdirəcək. Prezident Putin bu müharibəni dərhal və qeyd-şərtsiz dayandırmalıdır˝, qurumun bəyanatında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun