ABŞ tarixdə ikinci dəfə Lend-liz qanununu qəbul etdi, bu dəfə Ukrayna üçün

ABŞ tarixdə ikinci dəfə Lend-liz qanununu qəbul etdi, bu dəfə Ukrayna üçün
29 Aprel 2022
Mətni dəyiş

Fevralın 24-də Rusiyanın işğal əməliyyatlarından sonra Ukraynaya göstərilən dəstək hər gün bir az da genişlənir. 

Bu dəfə ABŞ Konqresinin Aşağı Palatası Ukrayna üçün lend-lizin açılmasını dəstəkləyib. Sənəddə "mülki əhalinin Rusiyanın hərbi müdaxiləsindən qorunması" və digər məqsədlər üçün Ukraynaya müdafiə vasitələrinin göndərilməsi və ya icarəyə verilməsilə bağlı ABŞ prezidentinə geniş səlahiyyətlərin verilməsi öz əksini tapıb. Sənəddə göstərilib ki, Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun