ABŞ Rusiyanın iki konsulluğunun bank hesablarını bağlayıb

ABŞ Rusiyanın iki konsulluğunun bank hesablarını bağlayıb
25 Aprel 2022
Mətni dəyiş
ABŞ-ın ən böyük banklarından biri olan ˝Bank of America˝ Rusiyanın Hyuston və Nyu-Yorkdakı baş konsulluqlarının hesablarını bağlayıb, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya 24” telekanalının efirində bildirib. “Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadadır. Hyuston və Nyu Yorkdakı iki Baş Konsulluğumuzun hesabları ˝Bank of America˝ tərəfindən bağlanıb. Ünvanımıza hədələr gəlir: həm telefon, həm məktublar şəklində. Bir vaxtlar hətta səfirlikdən çıxış da bağlanmışdı”, - Antonov deyib. Rusiya səfiri həmçinin səfirlik qarşısında “kifayət qədər çoxsaylı nümayişlər” olduğunu qeyd edib. Bundan başqa, onun sözlərinə görə, “vandalizm aktları olub, boya tökülüb”. Antonov bunu "Hazırda ABŞ-da artan ˝rusofobiya" ilə əlaqələndirib. Antonov dəfələrlə keçmişdə ABŞ rəsmiləri tərəfindən təqiblərdən şikayətlənib. Belə ki, o, rusiyalı diplomatların dəfələrlə qovulmasından və özünün Vaşinqtonu tərk etməklə hədələnməsindən danışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun