ABŞ Rusiya və Belarusdan sanksiyalar siyahısına daxil ediləcək 120 təşkilatın adını yayımlayıb

ABŞ Rusiya və Belarusdan sanksiyalar siyahısına daxil ediləcək 120 təşkilatın adını yayımlayıb
2 Aprel 2022
Mətni dəyiş
ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusdan müdafiə, aerokosmik və dəniz sektoru ilə bağlı 120 təşkilatı sanksiyalar siyahısına əlavə edib. Sənəd ABŞ Federal Reyestrinin saytında yayımlanıb, onun elanı aprelin 7-nə planlaşdırılır. Siyahıya digərləri arasında Belarus DTK-sı və onun xüsusi təyinatlı ˝Alfa˝ bölməsi, Taktik Raket Korporasiyası təşkilatları, ˝Zvezda˝ gəmiqayırma zavodu, Jukovski adına Mərkəzi Aerohidrodinamik İnstitutu (TsAGI) və digərləri daxildir. Sənədə görə, bu təşkilatların fəaliyyətləri “milli təhlükəsizlik maraqlarına və ya ölkənin xarici siyasətinə ziddir”. Bir gün əvvəl Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild bildirmişdi ki, sanksiyaya məruz qalan şirkətlər lisenziyasız “qabaqcıl Amerika texnologiyası” əldə edə bilməyəcəklər və əksər hallarda rədd cavabı alacaqlar. Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər ölkələr Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ona qarşı bir neçə dəfə sərt sanksiyalar tətbiq edib. Buna cavab olaraq Moskva Avropa Birliyinin ali rəhbərliyi, Kanadanın baş naziri Castin Trüdo, həmçinin ABŞ prezidenti Co Bayden və bir sıra digər yüksək rütbəli Amerika rəsmilərinin ölkəyə girişinə qadağa qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun