ABŞ dövlət katibi və müdafiə naziri Kiyevdədir

ABŞ dövlət katibi və müdafiə naziri Kiyevdədir
25 Aprel 2022
Mətni dəyiş

ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. Bu barədə prezident Zelenskinin rəsmi səhifəsində məlumat paylaşılıb.  Prezident bildirib ki, olduqca əhəmiyyətli görüş keçirilib. "Rusiyaya tətbiq olunan sanksiyaların genişlənməsini, silah tədarükünü, maliyyə dəstəyi və təhlükəsizlik zəmanəti kimi məsələləri müzakirə etdik. Dəstəyə görə ABŞ-a təşəkkür etdim", - deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Fevralın 24-də Rusiyanın Ukraynaya işğal hücumu başlayıb. Bundan sonra bir sıra Qərb liderlərinin Ukraynaya səfəri baş tutub. Onlar paytaxt Kiyevi ziyarət etməklə Ukraynaya dəstək ifadə ediblər. Bundan əvvəl prezident Zelenski açıqlamalarında qeyd etmişdi ki, o, ABŞ prezidenti Co Baydenin də Ukraynaya səfər edəcəyini gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun