˝Ukraynanın Rusiyadakı hədəflərə Britaniya silahları ilə hücum etmək hüququ var˝

˝Ukraynanın Rusiyadakı hədəflərə Britaniya silahları ilə hücum etmək hüququ var˝
26 Aprel 2022
Mətni dəyiş
Böyük Britaniyanın Silahlı qüvvələr naziri Ceyms Hippi Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirməsini “Ukrayna torpaqlarında ölüm və qan tökülməsinə birbaşa töhfə verə biləcək təchizat zəncirlərini qırmaq” üçün “tamamilə legitim” adlandırıb. Nazir bildirib ki, bunun üçün Britaniya tərəfindən verilən silahlardan istifadənin problem olması fakt deyil, The Guardian yazır. “Sual olunur ki, bizim [Britaniya] silahlarımızın ukraynalılar tərəfindən Rusiyanın qanuni hərbi hədəflərinə qarşı istifadə edilməsi məqbuldurmu? Hədəfləri silah istehsalçısı və ya ixracatçısı deyil, ukraynalılar seçirlər ", deyə BBC ondan sitat gətirir. Hippi qeyd edib ki, eyni dərəcədə Rusiyanın hərbi təchizat zəncirlərini məhv etmək üçün Qərbi Ukraynadakı hədəflərə zərbələr endirməsi legitimdir. "Bu, müharibənin bir hissəsidir" deyib. Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinin, o cümlədən Belqorod və Bryansk vilayətlərinin hakimiyyət orqanları mütəmadi olaraq Ukrayna tərəfdən atəş açıldığını bildirir. Ukrayna, bir qayda olaraq, bu ittihamlara münasibət bildirmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun