˝Periodico˝: ˝İspaniyadan olan polis məmurları cinayətləri araşdırmaq üçün Ukraynaya gedə bilər˝

˝Periodico˝: ˝İspaniyadan olan polis məmurları cinayətləri araşdırmaq üçün Ukraynaya gedə bilər˝
12 Aprel 2022
Mətni dəyiş
İspaniya Milli Polisi və Mülki Qvardiyasının üzvləri Ukraynada mümkün hərbi cinayətləri araşdırmaq üçün bu ölkəyə göndərilə bilər. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən ˝Periodico˝ qəzeti məlumat yayıb. Qeyd olunur ki, söhbət elmi polis laboratoriyalarının əməkdaşlarından və krallığın hüquq-mühafizə orqanlarından partlayıcı maddələr və beynəlxalq cinayətlər üzrə ekspertlərdən gedir. Bununla belə, ispaniyalı mütəxəssislərin Ukraynaya mümkün göndərilməsinin tarixi göstərilmir. Martın əvvəlində İspaniyanın müdafiə naziri Marqarita Robles Madridin Ukraynaya 1370 qumbaraatan, yüngül pulemyot və 700 000 patron göndərəcəyini açıqlamışdı. Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada ˝hərbi xüsusi əməliyyat˝ keçirmək qərarına gəldiyini açıqlayıb. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun