"˝˝˝Binance" kriptobirjası Peskovun övladlarının və Lavrovun ögey qızının hesablarını bloklayıb

"˝˝˝Binance" kriptobirjası Peskovun övladlarının və Lavrovun ögey qızının hesablarını bloklayıb
30 Aprel 2022
Mətni dəyiş
Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyutası olan ˝Binance˝ son iki ayda bloklanan hesablar arasında yüksək vəzifəli rusiyalıların qohumlarının hesablarının olduğunu açıqlayıb. Bu barədə ˝Bloomberg˝ şirkətinin bəyanatına istinadən xəbər verir. Belə ki, Kremlin sözçüsü Dmitri Peskovun qızı Yelizaveta Peskova, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ögey qızı olduğu iddia edilən Polina Kovaleva və ˝Tsarqrad˝ telekanalının sahibi Konstantin Malofeyevin oğlu Kirill Malofeyevin hesabları bloklanıb. Onların hamısı əvvəllər Ukraynadakı müharibəyə görə Qərbin sanksiyalarına məruz qalıb. ˝Binance˝-in sanksiyalar bölməsinin rəhbəri Çağrı Poyraz bildirib ki, birja sanksiyalara məruz qalan şəxslərlə əlaqəli istifadəçilərin axtarışını yoxlamaqda davam edir. "Bizim yoxlama əməliyyatlarımız "proaktivdir" və bu şəxslərə və ya qurumlara qarşı hər hansı tənzimləyici və ya hüquqi tədbir görülməzdən əvvəl maliyyə cinayəti risklərini aşkar etmək və məhdudlaşdırmaq məqsədi daşıyır", o deyib. Poyraz xüsusilə qeyd edib ki, Peskovanın hesabı martın 3-də üçüncü tərəf broker vasitəsilə ora daxil olmağa çalışmasından sonra bloklanıb. Martın 11-də ABŞ hakimiyyəti onu sanksiya siyahısına daxil edib. Kovalevanın hesabı martın 24-də İngiltərənin ona məhdudiyyətlər elan etdiyi gün bloklanıb. Aprelin 21-də ˝Binance˝ elan edib ki, sanksiyalara görə Rusiyadan 10 min avrodan çox kriptovalyutası olan fiziki və hüquqi şəxslərin öz xidmətlərinə çıxışını məhdudlaşdıracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun