Ukrayna: "Rusiya hərbçiləri 100-ə yaxın ukraynalını əsir götürüb"

Ukrayna: "Rusiya hərbçiləri 100-ə yaxın ukraynalını əsir götürüb"
24 Mart 2022
Mətni dəyiş
Rusiya hərbçiləri 100-ə yaxın ukraynalını əsir götürüb və mübadilə üçün danışıqlar aparılır. Bu barədə Ukraynanın Baş nazirinin müavini - işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası Qara dənizdə boğulan və Ukrayna tərəfinin xilas etdiyi dənizçiləri geri qaytarmaq arzusunda olduğunu bildirib. “Burada [İlan adasından] dənizçilər var, yeri gəlmişkən, biz 11 dənizçini xilas etdik və onları verməyə hazırıq, onlar bizim nəyimizə lazımdır? Qoy bizimkiləri versinlər”, - deyə nazir bildirib. Vereşçuk ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Ukrayna öz vətəndaşlarını götürə biləcək. Vereşçuk deyib: “Orada təkcə dənizçilər deyil, səhv etmirəmsə, 92 nəfər əsir götürüblər˝. O, həmçinin bildirib ki, Rusiyada İnsan Hüquqları üzrə Ombudsman Tatyana Moskalkova ona paritet mübadiləsinin mümkünlüyü ilə bağlı müraciət edib: dənizçi üçün matros, sürücü üçün sürücü və s. "Deyirəm: yaxşı, amma deyin, zəhmət olmasa, işğalçıların əsir götürdüyü şəhər başçılarımız üçün kimi dəyişməliyik? Bizim mülki vətəndaşlarınızı da tutmaq lazımdırmı? Əgər paritet mübadiləsindən danışırsınızsa, nə etməliyik? Hərbi əsirlər. Onların öz mübadilə qaydası var. Rusiya Federasiyasının təqdim etdiyi kartlar var, bizim təqdim etdiklərimiz var", o deyib. Bundan əvvəl Ukrayna baş nazirinin müavini İrina Vereşçuk TSN telekanalına müsahibəsində 562 rusiyalının Ukrayna əsirliyində olduğunu bildirmişdi. Vereşçuk həmçinin iddia edib ki, Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, Rusiya qoşunları fevralın 24-dən bu yana 270-ə yaxın ukraynalı əsgəri əsir götürüb. Moskalkova 500-dən çox Ukrayna əsgərinin olduğunu iddia edir. Aktiv döyüş əməliyyatları şəraitində bu iddiaları təsdiqləmək mümkün deyil. Rusiya Müdafiə Nazirliyi məhbusların olduğunu etiraf etsə də, hətta təxmini sayını belə açıqlamayıb. Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya və Ukrayna artıq iki məhbus mübadiləsi həyata keçirib. "Rusiya Müdafiə Nazirliyi gündəlik olaraq humanitar dəhlizlər və mülki əhalinin yaşayış məntəqələrindən təxliyyəsini təşkil edir. Bundan başqa, Rusiya və Ukrayna arasında iki əsir mübadiləsi aparılıb", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Moskvanın nöqteyi-nəzərindən məhbus mübadiləsinin nə vaxt baş verdiyini və neçə nəfərin dəyişdirildiyini Zaxarova dəqiqləşdirməyib. Ukrayna tərəfi mübadilələri inkar edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun