Ukrayna Baltikyanı ölkələrdən Rusiya və Belarusla sərhədləri bağlamağı xahiş edib

Ukrayna Baltikyanı ölkələrdən Rusiya və Belarusla sərhədləri bağlamağı xahiş edib
31 Mart 2022
Mətni dəyiş

Ukraynalı diplomatlar Litva, Latviya və Estoniya hökumətlərindən Rusiya və Belarusla quru sərhədlərini bağlamağı xahiş ediblər.

“Ukrinform” xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Andrey Deşitsa məlumat verib.

"Düşünürəm ki, belə bir qərar verilərsə, o zaman Avropa İttifaqının qərarını gözləməyə ehtiyac qalmayacaq - biz Rusiyaya istənilən tədarükün qarşısını tamamilə alacağıq", Deşçitsa deyib.

Diplomat əlavə edib ki, Ukrayna həmçinin Polşa hakimiyyətindən Polşa-Belarus sərhədini bağlamağı xahiş edir.

Martın 25-də Ukraynanın İnfrastruktur Nazirliyi Avropa Komissiyasına Rusiya və Belarusla quru və dəniz nəqliyyatının bağlanması tələbi ilə müraciət göndərdiyini açıqlayıb. Nazirlik bildirib ki, bu, Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı malların tədarükünü dayandıracaq.

Ukraynada müharibə başlayandan sonra Polşa, Litva, Latviya və Estoniya digər Aİ ölkələri kimi Rusiya ilə hava əlaqəsini bağlayıb (Belarus təyyarələri üçün Aİ-nin səması daha əvvəl bağlanmışdı). Eyni zamanda Estoniyanın dövlət idarəçiliyi naziri bildirib ki, ölkə Rusiya ilə quru sərhədini bağlamaq fikrində deyil.

Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə Avropa limanlarının Rusiya gəmiləri üçün bağlanmasını xahiş edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun