Taksi sürücülərindən maşınlarına oğul Berdiməhəmmədovun şəklini yapışdırmaq tələb olunur

Taksi sürücülərindən maşınlarına oğul Berdiməhəmmədovun şəklini yapışdırmaq tələb olunur
31 Mart 2022
Mətni dəyiş

Türkmənistanın Marı vilayətinin yol polisi özəl taksi sürücülərindən daşınma ilə bağlı xüsusi lisenziya ilə birlikdə avtomobillərinin istənilən şüşəsində yeni prezident Sərdar Berdiməhəmmədovun fotosunun yapışdırılmasını da tələb edir. Bu barədə “Azadlıq” radiosunun türkmən xidməti yazır.

Martın 19-da Türkmənistanın yeni prezidentinin andiçmə mərasimi keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçilərin iştirakı olmadan keçirilən növbədənkənar seçkilərdə Sərdar Berdiməhəmmədovun 72,97 faiz səslə qalib gəldiyini açıqlayıb.

Qəzet qeyd edir ki, oğul Berdiməhəmmədov and içdikdən sonra bütün ölkə üzrə prezidentin portretləri yenilənməyə başlayıb.

"Şəxsi avtomobillərdə taksi nişanlarının olması qadağandır. Ona görə də maşının ön şüşəsinə yeni prezident Sərdarın portretini yapışdırsanız yaxşı olar. Beləcə insanlar sizin avtomobilinizin taksi olduğunu başa düşəcək", şəxsi taksi sürücüləri polisin sözlərini çatdırır.

Onların sözlərinə görə, yol polisi əməkdaşları bu tələbi irəli sürdükdən sonra sürücülərə prezidentin 210x75 mm ölçüdə portretini almağı təklif edirlər. Qiyməti 5 manatdır (1,5 dollar).

"Yol polisi əməkdaşları adi kağız vərəqdə dörd portret çap ediblər. Sonra surətini çıxarılan portretlərin hər biri bizə beş manata satılır", - taksi sürücüləri deyir.

Qəzetin yazdığına görə, bütün ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda prezident Serdar Berdiməhəmmədovun portretləri asılıb. Yeni tələbdən əvvəl taksi sürücülərindən salonda görkəmli yerdə ata Berdiməhəmmədovun portretinin olması tələb olunurdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun