Şimali Makedoniya 5 rus diplomatını göndərəcək, Moskva “adekvat cavab” verəcəyini vəd edib

Şimali Makedoniya 5 rus diplomatını göndərəcək, Moskva “adekvat cavab” verəcəyini vəd edib
28 Mart 2022
Mətni dəyiş
Şimali Makedoniya 5 rus diplomatını ölkədən göndərəcək. Bu barədə ˝Azad Avropa Radiosu˝ məlumat yayıb. Diplomatların adları və vəzifələri açıqlanmır. Şimali Makedoniya hakimiyyətinin fikrincə, onların fəaliyyəti “diplomatik normaları” pozub. Rusiyanın Skopyedəki səfirliyindən bildiriblər ki, artıq missiyaya bu qərarla bağlı məlumat verilib. "Cavab adekvat olacaq", səfirlikdən "İnterfaks"a deyilib. Bundan əvvəl Şimali Makedoniya rus diplomatlarını 2021-ci ildə (müxtəlif vaxtlarda iki nəfər) və 2019-cu ildə (bir nəfər) ölkədən çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun