Səlim Müslümovun həbs müddəti yenə uzadılıb

Səlim Müslümovun həbs müddəti yenə uzadılıb
4 Mart 2022
Mətni dəyiş

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti yenidən uzadılıb.

Bu barədə qərar Səbail Rayon Məhkəməsində elan edilib. Qərara əsasən, sabiq nazirin həbs müddəti daha 5 ay artırılıb.

S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə külli miqdarda korrupsiyaya yol verməkdə ittiham olunaraq həbs olunub. Onu ötən il Dövlət Təhlükəsizlik Xidməti həbs edib.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun