Rusiya Ukraynada daha bir uşaq xəstəxanasını bombalayıb

Rusiya Ukraynada daha bir uşaq xəstəxanasını bombalayıb
26 Mart 2022
Mətni dəyiş

Rusiya Ukraynanın Mariupol şəhərində yerləşən Uşaq Reabilitasiya Mərkəzini raket atəşinə tutub. 

Bu barədə şəhər bələdiyyəsi məlumat yayıb. Bildirilib ki, beynəlxalq fondların dəstəyi ilə fəaliyyət göstərən reabilitasiya mərkəzi heç bir hərbi əhəmiyyət daşımayıb. Bələdiyyənin açıqlamasında qeyd olunub ki, əgər bu pislik dayandırılmazsa, Avropadakı hər evə gələcək. "Şəhərimizdə beynəlxalq tərəfdaşların dəstəyi ilə fəaliyyət göstərən Uşaq Reabilitasiya Mərkəzi guya bizə azadlıq verəcəklərini deyənlər tərəfindən vuruldu. İşğalçıların hədəfində hər kəs var: evlər, bağçalar, xəstəxanalar. Pislik öz istəyilə dayanmaz. Əgər bu pisliyi dayandırmazsanız, Avropadakı hər evə gələcək", - deyə açıqlamada qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun