Rusiya Taliban hökumətinin ilk diplomatını akkreditə edib

Rusiya Taliban hökumətinin ilk diplomatını akkreditə edib
31 Mart 2022
Mətni dəyiş
Talibanın rəhbərlik etdiyi yeni Əfqanıstan hökumətinin ilk diplomatı “keçən ay” Moskvaya gəlib və Rusiya Xarici İşlər Nazirliyindən akkreditasiya alıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Onun fikrincə, yeni Əfqanıstan administrasiyası “idarəçilik təcrübəsinin olmamasına, maliyyə və iqtisadi məhdudiyyətlərə, ABŞ və onun müttəfiqlərinin siyasi və diplomatik təzyiqlərinə” baxmayaraq, “bütövlükdə dövləti ayaqda saxlamağa nail olur”. Lavrov beynəlxalq ictimaiyyəti Əfqanıstanın yeni hökuməti ilə daha fəal əməkdaşlığa çağırıb. Nazir hesab edir ki, Taliban hökumətinin rəsmi tanınmasında əsas maneə onun təmsilçiliyinin olmamasıdır. “Mən hakimiyyətdə təkcə ölkənin müxtəlif etnik qruplarının, milli və konfessional azlıqların deyil, həm də siyasi qüvvələrin maraqlarını təmsil edəcək şəxslərin olmamasını nəzərdə tuturam”, - deyə o, izah edib. Taliban Əfqanıstanda hakimiyyəti 2021-ci ilin avqustunda ABŞ və NATO qoşunlarının ölkədən çıxması fonunda ələ keçirib. 2021-ci ilin sonunda Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Taliban hökumətinin tanınması məsələsini vaxtından əvvəl adlandırıb. Daha sonra o, Talibanın “inklüziv hökumətin formalaşdırılması, həmçinin Əfqanıstan ərazisindən gələn terror və narkotik təhlükələrinə effektiv mübarizə” daxil olmaqla, öz vədlərini necə yerinə yetirəcəyini müşahidə etməyi təklif edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun