Putin "dost olmayan ölkələrə" qazın rublla satışı barədə fərmanı imzalayıb

Putin "dost olmayan ölkələrə" qazın rublla satışı barədə fərmanı imzalayıb
31 Mart 2022
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin aprelin 1-dən "dost olmayan" ölkələrlə qaz ticarətini Rusiya rublu ilə tənzimləyən fərman imzalayıb.

Bu barədə İnterfaks agentliyi xəbər yazıb. Putinin sözlərinə görə, alıcılar yeni şərtlərə əməl etməsələr, qazın tədarükü üzrə mövcud müqavilələr dayandırılacaq. Fərmandan belə çıxır ki, qazın pulunu ödəmək üçün Qərb ölkələri “Qazprombank”da rubl hesabları açmalı olacaqlar. Bank Rusiya qazının alıcıları tərəfindən ödəniləcək valyutanı Moskva birjasında satacaq.

Putin deyib ki, əgər “dost olmayan” ölkələrdən qaz alıcıları onun haqqını rublla ödəməkdən imtina edərlərsə, Rusiya bunu müqavilələrin pozulması hesab edəcək.

Prezident bildirib ki, Rusiya Qərb tərəfdaşlarına qaz verib. “Onlar bunu aldılar, bizə avro ilə ödədilər, özləri də dondurdular. Güman etmək olar ki, biz qazı faktiki olaraq pulsuz təmin etmişik”, - deyə “Kommersant” Putindən sitat gətirib.

Bundan əvvəl G7 ölkələri və Avropa İttifaqı Rusiya qazının pulunu rublla ödəməyəcəklərini bildiriblər, çünki bu, mövcud müqavilələri pozur. Daha əvvəl Kremldə Aİ-nin qaz tədarükünün haqqını rublla ödəməkdən mümkün imtinasını şərh edərkən “ödəniş yoxdursa, qaz da yoxdur” deyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun