Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb

Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb
24 Mart 2022
Mətni dəyiş
Polşa terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması səbəbi ilə Rusiya səfirliyinin bank hesablarını bloklayıb. Bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bildirib. Səfirin sözlərinə görə, Polşa hökumətinin bu addımı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir. "Yəqin ki, hər bir sağlam düşüncəli insana aydındır ki, diplomatik nümayəndəliklə bağlı ittihamlar absurddan da artıqdır, hətta Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının birbaşa və açıq-aşkar pozulması faktını nəzərə almasaq belə", - Andreyev əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun