Polşa 40-dan çox rus diplomatını ölkədən çıxarır, Kreml cavabsız qoymayacağını bildirib [Yenilənib]

Polşa 40-dan çox rus diplomatını ölkədən çıxarır, Kreml cavabsız qoymayacağını bildirib [Yenilənib]
23 Mart 2022
Mətni dəyiş
Polşa günün sonuna qədər 40-dan çox rus diplomatının ölkədən çıxarılmasını elan edəcək. Bu barədə ˝Onet˝ mənbələrə istinadən yazır. Diplomatlar “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyət”lə əlaqədar ölkədən çıxarılacaqlar. Polşa xüsusi xidmət orqanlarının məlumatına görə, onlar casusluqla məşğul olublar. Polşa Daxili Təhlükəsizlik Agentliyinin rəsmi nümayəndəsi qurumun 45 nəfərin ölkədən çıxarılması tələbi ilə ölkənin Xarici İşlər Nazirliyinə müraciət etdiyini təsdiqləyib, RİA Novosti xəbər verir. Rusiya səfiri Sergey Andreev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Ümumilikdə Rusiyanın Polşadakı diplomatik nümayəndəliyində 50-dən çox diplomat çalışır. ***** "Kreml Rusiya diplomatlarının Polşadan mümkün qovulması ilə bağlı xəbərləri görüb və eşidib, əgər onlar doğrudursa, bu hərəkətlər cavabsız qalmayacaq". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz KİV-də belə xəbərləri görmüşük və eşitmişik. Əgər bu xəbərlər doğrudursa, bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq", - deyə Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını hazırlayıb və onların ölkədən çıxarılmasını tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun