Ölkəsinin Ukraynaya hücumuna etiraz edən rus sənətçi saxlanılıb

Ölkəsinin Ukraynaya hücumuna etiraz edən rus sənətçi saxlanılıb
29 Mart 2022
Mətni dəyiş

Rusiyada sənətçi Yevgeniya İsayeva ölkəsinin Ukraynaya təcavüzünə özünəməxsus şəkildə etiraz edib.  

Sənətçi təknəfərlik aksiyada işğala etirazını geyindiyi ağ paltarın üzərinə qırmızı boya tökərək bildirib.

O, aksiyanı Sankt Peterburq bələdiyyəsinin binasının önündə keçirib.  Üzərinə qrımızı boya tökməklə müharibədə tökülən qanlara diqqət çəkmək istəyib.

Polis “Ürəyim yanır” şüarı ilə aksiya keçirən sənətçini saxlayıb.

Rusiya fevralın 24-dən etibarən Ukrayna ordu yeridib, hava zərbələri endirir. Təcavüz nəticəsində Ukraynada uşaqlar da daxil olmaqla minlələr mülki şəxs və hərbiçi həyatını itirib.

Beynəlxalq birlik Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun