"Novaya qazeta"nın baş redaktoru Nobel mükafatını ukraynalı qaçqınlar üçün hərraca çıxarır

"Novaya qazeta"nın baş redaktoru Nobel mükafatını ukraynalı qaçqınlar üçün hərraca çıxarır
22 Mart 2022
Mətni dəyiş

“Novaya qazeta” nəşrinin baş redaktoru, 2021-ci ildə Nobel Sülh Mükafatı alan Dmitri Muratov öz mükafatını hərraca çıxarmaq və nəticədə alacağı pulu ukraynalı qaçqınlara, təcili müalicəyə ehtiyacı olan yaralı və xəstə uşaqlara vermək qərarına gəlib. Bu barədə nəşrin saytında məlumat verilib.

"'Novaya qazeta' və mən 2021-ci il Nobel Sülh Mükafatı medalını Ukrayna Qaçqınlar Fonduna bağışlamaq qərarına gəldik. Onların sayı artıq 10 milyondan çoxdur. Bu dünyaca məşhur mükafatı satışa çıxaracaq hərrac evlərindən yardım etmələrini xahiş edirəm", - Muratov yazıb.

Qəzet həmçinin “təcili edilməli olanların” siyahısını dərc edib:

- Atəşi dayandırmaq;

- məhbusları dəyişdirmək;

- ölənlərin cəsədlərini qaytarmaq;

– humanitar dəhlizlərin və yardımların təmin edilməsi;

- qaçqınları təmin etmək.

Hərbi senzura altında olan “Novaya qazeta” Rusiyada fəaliyyətini davam etdirir və materiallarından “müharibə” sözünü çıxarır, lakin Rusiya silahlı qüvvələrinin bombaladığı və atəşə tutduğu Ukrayna şəhərlərindən reportajlar dərc edir.

Nobel Sülh Mükafatının Dmitri Muratova "demokratiya və sülhün əvəzsiz şərti kimi fikir azadlığını qorumaq səylərinə görə" verilməsi barədə oktyabrın 8-də elan edilib. Bu mükafatı alan dördüncü Rusiya vətəndaşı olan jurnalisti Vladimir Putin şəxsən təbrik etməyib.

“Novaya qazeta”-nın baş redaktorunu Kreml adından prezidentin mətbuat katibi Dmitri Peskov təbrik edib. Moskvada keçirilən Rusiya Enerji Həftəsinin sessiyasında Putin Muratovun “xarici agentlər” siyahısına salınması ehtimalını şərh edib. Prezident daha sonra deyib ki, Muratov Nobel mükafatının “arxasında gizlənməməlidir” və qanunu pozarsa, bu, “onu xilas etməyəcək”.

"Dmitri Muratov bu gün Rusiyada söz azadlığını müdafiə edənlərdən biridir. "Novaya qazeta" bu gün Rusiyanın ən müstəqil nəşridir, o, öz peşəkarlığını bəyan edir. Onun 6 jurnalisti öldürülüb", - Nobel Komitəsinin nümayəndələri qeyd ediblər. Muratov mükafatını qətlə yetirilən həmkarlarına həsr etdiyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun