“Müharibə sadəcə Ukraynanı deyil, həm də Rusiyanın gələcəyini məhv edir”

“Müharibə sadəcə Ukraynanı deyil, həm də Rusiyanın gələcəyini məhv edir”
23 Mart 2022
Mətni dəyiş

"Rusiya qüvvələri şəhər və qəsəbələrin ağır bombardmanına baxmayaraq, Ukraynada irəliləyə bilmir".

BBC-nin xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts deyib. O, qeyd edib ki, Rusiya lideri həqiqəti eşitməlidir və döyüşləri dayandıraraq diplomatik həll yolu tapmağa çalışmalıdır:

“Müharibə sadəcə Ukraynanı deyil, həm də Rusiyanın gələcəyini dağıdır”, - deyə Şolts bildirib.

Almaniya kansleri əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar davamlı olaraq sərtləşdirilir, lakin atılan addımlar Avropa ölkələrinə Rusiya liderliyindən daha çox zərər vurmamalıdır.

Şolts ukraynalıların Almaniyaya güvənə biləcəyini, ukraynalı qaçqınların Almaniyada xoş qarşılandığını vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun