MN: Azərbaycan Ordusu qanunsuz erməni silahlılarının döyüş mövqelərinə zərbələr endirib

MN: Azərbaycan Ordusu qanunsuz erməni silahlılarının döyüş mövqelərinə zərbələr endirib
12 Mart 2022
Mətni dəyiş

Azərbaycan-Ermənistan arasında atəşkəs yenidən pozulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Məlumatda deyilir ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır" , - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun