Məhkəmə AXCP sədrinin sürücüsünü həbsdə saxlayıb

Məhkəmə AXCP sədrinin sürücüsünü həbsdə saxlayıb
10 Mart 2022
Mətni dəyiş

Apellyasiya Məhkəməsi Azərbayucan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin sürücüsü Paşa Umudovu azadlığa buraxmayıb.  Bu barədə qərar martın 10-da keçirilən prosesdə verilib. ötən il dekabrın 16 Ali Məhkəmədə Paşa Umudov haqqında aşağı instansiyanın – Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Ali Məhkəmə qərar verib ki, Paşa Umudov haqqında cinayət işi bu instansiyaya qaytarılsın və orada təkrar araşdırılsın.

2019-cu il oktyabrın 15-də həbs olunan və Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham edilən Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin hökmüylə 4 il 6 ay azadlıqdan məhrum edilib.

Əli Kərimlinin sürücüsü olduğuna görə saxta narkotik ittihamıyla cəzalandırıldığını deyən Paşa Umudovun vəkilinin bu hökmdən verdiyi şikayətə 2020-ci ilin oktyabrında Bakı Apelyasiya Məhkəməsində baxılıb. Lakin şikayət təmin olunmayıb – Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası 4 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb. Ali Məhkəmə belə nəticəyə gəlib ki, o zaman obyektiv araşdırma aparılmadan hökm qüvvədə saxlanılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası və beynəlxalq təşkilatlar Paşa Umudovun həbsinin siyasi olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun