Jirinovskinin vəfat etdiyi deyilib, Dövlət Dumasının spikeri məlumatı təkzib edib - [Yenilənib]

Jirinovskinin vəfat etdiyi deyilib, Dövlət Dumasının spikeri məlumatı təkzib edib - [Yenilənib]
25 Mart 2022
Mətni dəyiş
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında LPDR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı xəbərləri təkzib edib. “Mən Vladimir Volfoviç Jirinovskinin səhhətindən narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır”, – siyasətçi yazıb. Eyni zamanda o, etiraf edib ki, Liberal Demokrat Partiyası sədrinin vəziyyəti həqiqətən də ağır qiymətləndirilir. Volodinin sözlərinə görə, cümə günü, martın 25-də Jirinovski kompüter tomoqrafiyasından keçib və həkimlər onun həyatı üçün mübarizəni davam etdirirlər. O, həmçinin siyasətçinin tezliklə sağalması üçün dua etməyə çağırıb. ***** Rusiya Federasiyası Səhiyyə Nazirliyi Liberal Demokrat Partiyasının lideri Jirinovskinin vəziyyətini stabil olaraq qiymətləndirir. Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər hər cür yardım göstərməkdə davam edirlər. TASS xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. ***** Rusiya Liberal Demokrat Partiyasının lideri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski vəfat edib. Onun bu gün səhər, 10:45 radələrində öldüyü bildirilir. Bu barədə cümə günü, martın 25-də Mash Telegram kanalı məlumat yayıb. İddia olunur ki, 75 yaşlı siyasətçinin vəziyyəti daha da ağırlaşıb və həkimlərin səyinə baxmayaraq, onu komatoz vəziyyətdən xilas etmək mümkün olmayıb. Jirinovski bir neçə gündür ağır vəziyyətdə paytaxt Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər xəstəxanaya qəbul edilən gündən onun vəziyyətini ağır olaraq qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun