İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb, görüşdə Roman Abramoviç də iştirak edir

İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb, görüşdə Roman Abramoviç də iştirak edir
29 Mart 2022
Mətni dəyiş

Türkiyədə Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi başlayıb. 

İstanbulda baş tutan görüşdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin nümayəndələrini qəbul edib və daha sonra onların qarşısında çıxış edib.

Ərdoğan bildirib ki, müharibə dayandırılmalıdır və əgər dayandırılsa, bu mötəbər qərardan ziyan görən olmayacaq. Müharibə dayansa, uduzan tərəf olmayacaq.

Türkiyə prezidentinin çıxışından sonra iki ölkə arasında görüş başlayıb. Görüşdə Putinə yaxın hesab edilən oliqarx Roman Abramoviç də iştirak edir. Bildirilib ki, o, prezident Putinin xahişi ilə danışıqlara qoşulub.

Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.

İki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun