İndiyə qədər Ukraynadakı müharibə nəticəsində 7 azərbaycanlı həlak olub

İndiyə qədər Ukraynadakı müharibə nəticəsində 7 azərbaycanlı həlak olub
11 Mart 2022
Mətni dəyiş
İndiyədək Ukraynada müharibə zamanı həlak olan azərbaycanlıların adları açıqlanıb. Siyahıda 7 nəfərin adı var. Ukraynadakı hadisələr zamanı həlak olanlar aşağıdakılardır: 1. 1976-cı il təvəllüdlü İsmayılov Neymət; 2. 1966-cı il təvəllüdlü İsmayılov Rəhim; 3. 1995-ci il təvəllüdlü İsmayılov Qabil; 4. 1997-ci il təvəllüdlü Salmanov Camal. Yuxarıda qeyd olunanlar Odessa vilayətindən özləri təxliyə olunarkən Moldova sərhədinə yaxınlaşanda maşınları atəşə tutulub. 5. 1987-ci il təvəllüdlü Məmmədov Qoşqar - Xarkovda küçəyə çıxanda gülləyə tuş gəlib; 6. 1978-ci il təvəllüdlü Əmrahov Elnur - Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayışda həlak olub; 7. 1984-cü il təvəllüdlü Süleymanov Arzu - Çerniqov şəhərində maşını raket atəşinə məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun