G7-dən sonra Aİ də Rusiyanın qazın pulunu rublla ödəmək tələbini rədd edib

G7-dən sonra Aİ də Rusiyanın qazın pulunu rublla ödəmək tələbini rədd edib
29 Mart 2022
Mətni dəyiş
˝Böyük Yeddilik˝ (G7) ölkələrindən sonra Avropa İttifaqı da Rusiyanın təbii qazın pulunu rublla ödəmək tələbini rədd edib. Bu barədə “İnterfaks” Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamerin bəyanatlarına istinadən xəbər verir. Onun sözlərinə görə, Aİ bu məsələnin G7 ölkələri qrupu ilə müzakirəsində iştirak edib, ona görə də G7-nin gəldiyi nəticələr Aİ üçün də keçərlidir. "Bizim mövqeyimiz G7-nin mövqeyi ilə eynidir" deyən Mamer Avropa İttifaqının Rusiya prezidenti Vladimir Putinin müvafiq sərəncamına necə reaksiya verəcəyi ilə bağlı suala cavabında bildirib. "Bizə gəldikdə, biz çatdırılmaların dollar və ya avro ilə aparılmalı olduğunu söylədik", o əlavə edib. Bundan əvvəl Aİ-nin qaz tədarükünə görə ödənişi rublla ödəməkdən mümkün imtinasını şərh edən Kreml “Ödəniş yoxdursa qaz da yoxdur” deyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ölkə bu məsələdə “xeyriyyəçiliklə məşğul olmaq niyyətində deyil”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun