Ermənistanın fövqəladə hallar naziri saxlanılıb

Ermənistanın fövqəladə hallar naziri saxlanılıb
31 Mart 2022
Mətni dəyiş

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanı saxlanılıb. Bu barədə məlumatı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib. Martın 30-cu Ermənistanın yerli mətbuatı məlumat yayaraq bildirmişdi ki, nazir ətrafında istintaq aparılır. Məlumatda qeyd olunurdu ki, Andranik Piloyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib. Ona ittiham irəli sürülməsi gözlənilirdi. Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib. Hələlik daha ətraflı rəsmi açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun