Ermənistan fövqəladə hallar naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib

Ermənistan fövqəladə hallar naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib
30 Mart 2022
Mətni dəyiş

Ermənistan fövqəladə hallar naziri Andranik Piloyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib.  Bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb. Məlumata görə, dindirmələr cinayət işi çərçivəsində həyata keçirilir. Yaxın saatlarda ona qarşı ittiham irəli sürüləcəyi ehtimal edilir. Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib. Hələlik məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun