Çexiyanın sabiq Baş naziri hakim qarşısına çıxarılacaq

Çexiyanın sabiq Baş naziri hakim qarşısına çıxarılacaq
22 Mart 2022
Mətni dəyiş

Çexiyanın sabiq Baş naziri Andrey Babiş Avropa İttifaqının ayırdığı maliyyə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

İttiham sabiq Baş nazirin toxunulmazlıq statusunun qaldırılmasından sonra irəli sürülüb. Çexiya parlamenti 2007-ci ildən bu günə qədər uzanan iş üzrə qərar verərək Babişin toxunulmazlığını ləğv edib.

O, Praqa məhkəməsində mühakimə olunacaq.

Çexiya prokurorluğu ittihamda qeyd edir ki, Babiş Avropa fondlarından kənd təsərrüfatı üçün ayrılmış 2 milyon avronu əldə etmək üçün özünün fermasını rəhbərlik etdiyi ˝Aqroholdinq˝in tərkibindən çıxarıb. Həmin dövrdə siyasi partiyalar bu məsələni qaldırsa da, Babiş faktı inkar edib.

Son qərarla bağlı açıqlama verən Babiş prokurorluğun ittihamlarının cəfəngiyyat olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun