“Bloomberg” Rusiya və Belarusda fəaliyyətini dayandırıb

“Bloomberg” Rusiya və Belarusda fəaliyyətini dayandırıb
29 Mart 2022
Mətni dəyiş

“Bloomberg” agentliyi Ukraynada apardığı hərbi əməliyyatlara görə Rusiya və Belarusda fəaliyyətini dayandırdığını açıqlayıb.

Agentliyin hər iki ölkədəki müştərilərinə xəbər terminalı və e-ticarət platformaları da daxil olmaqla maliyyə məhsullarına giriş qadağan ediləcək.

“Bloomberg” terminalları qiymətli kağızların ticarət sisteminə və dünya birjalarında və birjadankənar bazarlarda qiymətlər haqqında məlumat əldə etmək imkanı verir.

Martın 5-də “Bloomberg” xəbər agentliyi Rusiyadakı jurnalistlərin işini dayandırdığını elan edib. Qərar Rusiya Silahlı Qüvvələrinin hərəkətləri ilə bağlı saxtakarlıqlara, onların nüfuzdan salınmasına, habelə Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlara görə cinayət cəzası və böyük cərimələr haqqında qanunun qəbul edilməsi ilə əlaqədar qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun