Aİ Gürcüstanın namizəd statusu ilə bağlı müraciətini qəbul edib

Aİ Gürcüstanın namizəd statusu ilə bağlı müraciətini qəbul edib
28 Mart 2022
Mətni dəyiş
Avropa İttifaqı Gürcüstanın namizəd statusu ilə bağlı müraciətini qəbul edib. Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib. O deyib ki, məsələnin Avropa Komissiyasında müzakirəsinə başlanılıb. Zalkaliani qeyd edib ki, növbəti mərhələdə Gürcüstan min və ya daha çox sualdan ibarət anket qəbul edəcək. “Bu suallara siyasi, iqtisadi, sosial məsələlər, demokratikləşmə məsələləri daxildir”, - nazir vurğulayıb. XİN başçısı qeyd edib ki, rəhbərlik etdiyi qurum prosesin mümkün qədər səmərəli olması üçün fəaliyyət planı və növbəti addımlarla bağlı işlərə başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun