ABŞ ilin sonuna qədər Avropa Birliyinə 15 mlrd kubmetr LNG tədarük edəcək

ABŞ ilin sonuna qədər Avropa Birliyinə 15 mlrd kubmetr LNG tədarük edəcək
25 Mart 2022
Mətni dəyiş
ABŞ və Avropa İttifaqı (Aİ) 2022-ci ilin sonuna qədər ABŞ-dan Avropa ölkələrinə ən azı 15 mlrd. kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarük ediləcəyi haqda razılaşdıqlarını açıqlayıb. "Bloomberg" agentliyinin məlumatına görə, razılaşmanın əsas məqsədi Aİ-nin Rusiya təbii qazından asılılığını azaltmaqdır. Müqaviləyə əsasən, Aİ-yə üzv ölkələr 2030-cu ilə qədər ABŞ-dan ən azı 50 mlrd. kubmetr həcmində LNG tədarük edəcəklər. Ötən illərdə Aİ-nin Rusiyadan LNG idxalı illik təxminən 14-18 mlrd. kubmetr təşkil edib. Bildirilir ki, razılaşma ilə bağlı rəsmi bəyanat bu gün Brüsseldə ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən veriləcək. Həmçinin, bu məsələ üzrə xüsusi işçi qrupu yaradılacaq. ABŞ artıq Rusiya yanacağının idxalını dayandırıb, Böyük Britaniya isə ilin sonuna kimi Rusiya enerji mənbələrindən idxalı dayandıracağını vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun