Ərdoğan: “Artıq sülhün memarı olmağın vaxtı çatıb”

Ərdoğan: “Artıq sülhün memarı olmağın vaxtı çatıb”
25 Mart 2022
Mətni dəyiş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. O, Rusiya Prezidenti Putinlə görüşəcəyini bildirib. Əlavə edib ki, artıq sülhün memarı olmağın vaxtı çatıb. Ərdoğan çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən də danışıb. Deyib ki, bu görüşdə də müzakirə etdikləri ana mövzu Rusiya-Ukrayna münasibətləri olub: “İlham Əliyev Rusiyanı çox yaxşı tanıyır. Putinlə olan münasibətləri hamıya məlumdur. Görüşümüzdə Ukrayna-Rusiya münasibətlərindən danışdıq. Çünki o, bu müharibəni ən yaxşı analiz edəcək insandır. Polşa Prezidenti Duda da bu mövzuda bilgilidir. Hazırda Polşa 2 milyondan çox ukraynalıya ev sahibliyi edir”. Ərdoğan bildirib ki, digər tərəfdən Polşa hazırda Ukraynadan sonra Rusiyanın hədəfində olan ikinci ölkədir. Odur ki, özünə görə tədbir alır və bunu etmək məcburiyyətindədir. Ərdoğan Rusiya ilə Ukrayna arasında hazırda müzakirə edilən 6 bəndlik razılaşma təklifindən də danışıb. Deyib ki, hər iki tərəf bu 6 bəndi qəbul etmir. Daha dəqiq, 4 mövzuda razılaşma var, lakin 2 mövzuda razılıq əldə edilmir: “Onlardan biri NATO ilə bağlı məsələdir. Əvvəlcə Ukrayna bu məsələyə qapandı, lakin sonra Zelenski NATO-ya üzv olma istəyindən çəkilə biləcəyini ifadə etməyə başladı. Digər məsələ isə rus dilinin rəsmi dil kimi qəbul edilməsi məsələsidir. Zelenski də bunu etiraf edib. Rus dili Ukraynanın demək olar ki, hər yerində danışılan bir dildir. Bu nöqtədə də heç bir problem yoxdur. Digər bir məsələ isə tərksilahdır. Təbii ki, Ukrayna dövlətdir, ona görə də A-dan Z-yə tərksilahın qəbul edilməsindən söhbət gedə bilməz. Amma bu məsələ də anlaşılmaz deyil. Yəni Ukrayna tərəfi orada da müəyyən güzəştlərin edilə biləcəyini bəyan edib”. “Dördüncü məsələ ondan ibarətdir ki, burada Ukraynanın da müqaviləsi var; Və bunu kollektiv təhlükəsizlik adlandırırlar. Ukrayna da bununla bağlı müsbət yanaşma nümayiş etdirdi”, – Ərdoğan deyib. Türkiyə Prezidenti vurğulayıb ki, Ukrayna Krım və Donbas məsələlərində o qədər də rahat deyil. Bununla belə, bu məsələ ilə bağlı referenduma gedə biləcəklərini deməklə ölkə rəhbərliyinin ağıllı addım atdığını düşünür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun