Ədliyyə Nazirliyi ADR Partiyasını qeydə almayıb

Ədliyyə Nazirliyi ADR Partiyasını qeydə almayıb
1 Mart 2022
Mətni dəyiş

Ədliyyə nazirliyi  Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edib. Bu barədə partiyanın yaydığı məlumatda deyilir.

Nazirlik  partiyanın qeydə alınmasını təqdim edilmiş sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzası olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmamasını göstərir.

Partiyanın məlumatında isə nazirliyin bu iddiasının əsassız olduğunu, bütün məlumatların qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapdığı bildirilir.

Partiya bildirir ki, bu əsassız iradlarla nazirlik sadəcə partiyanı qeydə almamaq üçün əsas göstərmək istəyir.

Məlumata görə, bununla nazirlik partiyaya qanuni fəaliyyət üçün şərait yaratmaq  istəmədiyini nümayiş etdirir.

ADR Pariyası 2021-ci ilin oktyabrında təsis qurultayı keçirib. 2021-ci il noyabrın 11-də  qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Bundan 3 ay keçməsinə baxmayaraq  partiya  həklə də dövlət qeydiyyatına alınmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun