Zelenski Aİ ölkələrinin liderləri ilə sağollaşıb: "Bəlkə də məni dövlət başçısı kimi sonuncu görüşünüzdür"

Zelenski Aİ ölkələrinin liderləri ilə sağollaşıb: "Bəlkə də məni dövlət başçısı kimi sonuncu görüşünüzdür"
26 Fevral 2022
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələrinin liderləri ilə sağollaşıb. 

Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson məlumat yayıb. Andersson bildirib ki, Zelenski bir bunkerdən Avropa İttifaqı liderlərinin videoformatda keçirilən görüşünə qatılıb və hər kəslə sağollaşıb. NATO-nun iclasından sonra keçirilən görüşdə iştirak edən Zelenski Aİ liderlərinə deyib ki, bəlkə də məni sonuncu dəfə dövlət başçısı kimi görürsünüz.

Bundan əvvəl isə Zelenski ABŞ-ın Kiyevi tərk etməklə bağlı təklifini qəbul etməyib.

Bu barədə "Washington Post" qəzeti yazıb. Qəzetin amerikalı rəsmilərə istinadən yaydığı xəbərdə deyilir ki, ABŞ bu təklifi qaçırılmanın və öldürülmənin qarşısını almaq üçün edib.

Bildirilib ki, Zelenski təklifləri rədd edərək ölkəsinin başında qalacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun