XİN başçısının müavini Araz Əzimov: "Ukraynada və ətrafındakı vəziyyət ciddi narahatlıq doğurur"

XİN başçısının müavini Araz Əzimov: "Ukraynada və ətrafındakı vəziyyət ciddi narahatlıq doğurur"
25 Fevral 2022
Mətni dəyiş

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasında Ukraynadakı vəziyyətdən danışıb.  Demokratik dünyanın demək olar bütün ölkələrinin işğal və təcavüz aktı kimi qəbul etdiyi məsələdən danışan Əzimov çıxışında Rusiyanın adını çəkməyib. Araz Əzimov video formatda keçirilən iclasda deyib ki, Ukraynada və ətrafındakı vəziyyət ciddi narahatlıq doğurur.

Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun