Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa verib

Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa verib
14 Fevral 2022
Mətni dəyiş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Bu barədə məlumatı Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov verib. M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb. Son günlər bəzi millət vəkilləri və ictimayət nümayəndələri Ramiz Mehdiyevi pozuculuqda, dövlətin içində ikinci dövlət qurmağa cəhd etməkdə və başqa dövlətə işləməkdə ittiham ediblər. Onalr bildiriblər ki, Ramiz Mehdiyev Azərbaycandakı islahatların qarşısını almağa çalışır. Mehdiyev isə AMEA-nın saytında məqalə dərc etdirərək tənqidçiləri saxta deputat və cib müxalifəti olmaqda ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun